ABŞ-dan Ukraynaya xəbərdarlıq: Müharibə tez bitsin

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan Ukraynaya xəbərdarlıq: Müharibə tez bitsin

Dünya

23 Fevral 2023 09:11 755


ABŞ Ukrayna rəhbərliyinə Kiyevi dəstəkləmək üçün resursların əbədi olmadığı barədə xəbərdarlıq edib. 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb. 

“Hamı başa düşür ki, bu müharibə nə vaxtsa bitməlidir. Biz hamımız istərdik ki, bu, gec deyil, tez bitsin”, - deyə rəsmi şəxs bildirib.  Marqarita pizza

Agentlik, həmçinin "Ipsos" xidməti ilə birgə keçirdiyi sosioloji sorğunun məlumatlarını təqdim edib. Sorğuya əsasən, 2022-ci ilin aprelində amerikalıların 73%-i Ukraynaya hərbi yardımı dəstələyirdisə, 2023-cü ilin fevral ayının əvvəlinə qədər bu dəstək 58%-ə düşüb. Sorğuda 4 min amerikalı iştirak edib. 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden fevralın 20-də Kiyevə səfər edib və Ukraynaya 460 milyon dollar yardım ayrıldığını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!