ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

İqtisadiyyat

15 Avqust 2026 12:30 58


Azərbaycanın maliyyə və büdcə sahəsində şəffaflıqla bağlı ABŞ Dövlət Departamentinin müəyyən etdiyi minimum tələblərə uyğun olduğu açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2026-cı il üzrə Fiskal Şəffaflıq Hesabatında məlumat verilib.

Hesabata əsasən, ABŞ Dövlət Departamenti hər il müxtəlif ölkələrin maliyyə şəffaflığı göstəricilərini nəzərdən keçirir. Bu qiymətləndirmə zamanı dövlət büdcəsinin hazırlanması və icrası ilə bağlı məlumatların ictimaiyyət üçün əlçatanlığı, büdcə prosesində vətəndaşların iştirakı və maliyyə məlumatlarının açıqlanması kimi meyarlar nəzərə alınır. pizza mizza

2026-cı il üzrə qiymətləndirmə 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edib. Araşdırma zamanı ABŞ-ın səfirlik və konsulluqlarından, digər dövlət qurumlarından, beynəlxalq təşkilatlardan və vətəndaş cəmiyyəti institutlarından daxil olan məlumatlardan istifadə olunub.

ABŞ Dövlət Departamenti ümumilikdə 139 hökumətin, həmçinin Fələstin Muxtariyyətinin maliyyə şəffaflığını qiymətləndirib. Qiymətləndirmənin əsas məqsədi ölkələrin minimum fiskal şəffaflıq standartlarına uyğun olub-olmadığını müəyyənləşdirmək olub. Departamentin nəticələrinə görə, Azərbaycanla yanaşı Albaniya, Argentina, Ermənistan, Braziliya, Gürcüstan, Hindistan, İsrail, Qazaxıstan, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr minimum maliyyə şəffaflığı tələblərinə cavab verən dövlətlər sırasında yer alıb.

Hesabatda vurğulanır ki, ölkələrin büdcə sistemləri və idarəetmə mexanizmləri bir-birindən fərqlənir. Buna görə də qiymətləndirmə aparılarkən hər bir ölkənin konkret xüsusiyyətləri nəzərə alınır. Bununla belə, əsas meyar büdcə proseslərinin ictimaiyyət üçün kifayət qədər şəffaf olması və vətəndaşların bu prosesdə real iştirak imkanlarının təmin edilməsidir.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!