ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

Dünya

22 Sentyabr 2026 20:33 100


ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

O bildirib ki, İran hökuməti gözləmə mövqeyi tutduğu üçün hələlik ABŞ tərəfinin təkliflərindən imtina edir. pizza mizza

"Onlar aralıq seçkisində özümü necə göstərəcəyimi gözləyirlər. Ancaq anlamırlar ki, mən namizədliyimi irəli sürmürəm. Mən artıq bunu etmişəm və inamlı qələbə qazanmışam", - deyə Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Tramp vurğulayıb ki, dövlət başçısı postunda "dərhal İranla danışıqlara başlayıb" və onlara "nüvə proqramını dayandırmaq, habelə terrora dəstəyi kəsmək müqabilində tammiqyaslı iqtisadi əməkdaşlıq" təklif edib, lakin qarşı tərəf imtina edib.

Bununla bərabər, ABŞ Prezidenti növbəti dəfə onların saziş təklifini rədd etməyəcəklərinə əminliyini ifadə edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!