ABŞ İrandakı hədəflərə yenidən zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrandakı hədəflərə yenidən zərbələr endirdi

Dünya

02 Sentyabr 2026 12:14 21


ABŞ Hörmüz boğazı ətrafındakı İran hədəflərinə yeni hava zərbələri endirib.

“Yeni Sabah” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, əməliyyat zamanı İran İnqilab Keşikçilərinə məxsus mövqelər vurulub. Qeşm adası, Bəndər-Abbas, Sirik, Çabahar və Konarakda partlayış səsləri eşidilib.

İran isə ABŞ-ın bölgədəki hərbi bazalarına raket və dronlarla cavab zərbələri endirdiyini açıqlayıb. İordaniya 13 ballistik raketdən 10-nun havada zərərsizləşdirildiyini bildirib. Bəhreyn və İraqdakı ABŞ bazalarının da hücuma məruz qaldığı qeyd olunub. Dördpendirli pizza

ABŞ Prezidenti Donald Tramp İranın cavab verməsi halında daha ağır zərbələr endiriləcəyini deyib.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!