ABŞ liderindən İranla bağlı iki mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

ABŞ liderindən İranla bağlı iki mühüm açıqlama

Dünya

10 May 2026 21:51 84


"İranın hərbi potensialını tam bərpa etməsi üçün təxminən 20 il lazım olacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Full Measure” proqramına müsahibəsində bildirib.

“Əgər biz bu gün geri çəkilsək, onların bərpası 20 il çəkər”, – Ağ Ev rəhbəri deyib. Marqarita pizza

Onun sözlərinə görə, ABŞ planlaşdırılan hədəflərin təxminən 70 faizini məhv edib.

D.Tramp həmçinin bildirib ki, ABŞ İranın nüvə obyektlərini kosmosdan izləyir və nə vaxtsa İranın zənginləşdirilmiş uranını "əldə etmək" niyyətindədir:

"Onlar hərbi məğlubiyyətə uğrayıblar. Bunu özləri dərk etməyə bilərlər, amma düşünürəm ki, başa düşürlər, çünki mən onlarla məşğulam. Onların liderləri ölüb, A komandası, B komandası və yəqin ki, C komandası da yoxa çıxıb. Biz İranın zənginləşdirilmiş uranını nə vaxtsa, istədiyimiz vaxt əldə edəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!