16 Avqust - 04:14
“ABŞ Rusiyanın Cənubi Qafqazda söz sahibi olmasını istəmir”

“ABŞ Rusiyanın Cənubi Qafqazda söz sahibi olmasını istəmir”

Siyasət

06 Avqust 2022 13:31 706


“ABŞ Cənubi Qafqazda Rusiyanın söz sahibi olmasını istəmir”. 

Bunu Yenisabah.az-a açıqlamasında ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngini şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, ABŞ-ın və Qərbin belə davranmasının səbəbi dünya tənzimlənməsində kənarda qalmaq istəməməsidir:

“ABŞ-ın və Qərbin zənglərinin arxasında nə Azərbaycana, nə də Ermənistana təzyiq olduğunu düşünürəm.

Amerika Birləşmiş Ştatları nümayəndələri nəyinki öz regionlarında, hətta Asiyada və Qafqazda belə yalnız Rusiyanın söz sahibi olmasını istəmirlər.

Azərbaycan təbii ki,  ABŞ-ı təhlükəsizliyin təmin edilməsi üçün əsas amil sayır və məhz ATƏT-in Minsk qrupu həmsədrliyi dağıldıqdan sonra Rusiya, Fransa, ABŞ öz maraqları çərçivəsində bu proseslərin tənzimlənməsini istəyir.

Ona görə də dərhal baş vermiş hadisələrə görə mütləq şəkildə hər iki tərəfi dəstəkləyir və bir daha qeyd etmək lazımdır ki, baş verən proseslərdən geridə qalmaq istəmir”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!