ABŞ Rusiyanın iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyanın iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq etdi

Dünya

03 Avqust 2023 19:41 1149


ABŞ Maliyyə Nazirliyi Rusiya Elmlər Akademiyasının (REA) iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq edib.

"Report" “Kommersant”a istinadən xəbər verir ki, “qara siyahı”ya Rusiya Elmlər Akademiyasının A.M.Proxorov adına Ümumi Fizika İnstitutu, Kazan Elmi Mərkəzi və Bərk Cisimlər Fizikası İnstitutu düşüb.

Eyni zamanda Rusiyanın iki konteyner gəmisi - "Sasco Angara" və "Paramuşir" də sanksiyalara məruz qalıb. Nazirlik onların Saxalin Gəmiçilik Şirkəti (SASCO) ilə əlaqəli olduğunu iddia edir. Dominos pizza

Bundan əlavə, rusiyalı iş adamı Sergey Adoniyevə məxsus və Malta bayrağı altında üzən "Addiction" yaxtası "qara siyahı"dan çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!