ABŞ səfirindən Azərbaycanda saxlanılan erməni diversantlarla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirindən Azərbaycanda saxlanılan erməni diversantlarla bağlı AÇIQLAMA

Rəsmi

07 İyul 2021 16:42 1983


"ABŞ erməni məhbusların geri dönməsini asanlaşdırmağa davam edəcək”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi bildirib.

Bu gün ABŞ-ın Ermənistandakı səfirinin təşəbbüsü ilə “Daşnaktsutyun” partiyası Ali Qurumu üzvləri ilə görüş keçirilib. Görüşdə ABŞ-ın Ermənistandakı səfirliyinin siyasi və iqtisadi şöbəsi rəhbərinin müavini Kimberli Zapfel və siyasi məsələlər üzrə mütəxəssis Lilit Ohanyan iştirak ediblər. “Daşnaksütyun” İşxan Saqatelyan, Lilit Qalstyan və Aşot Simonyanla təmsil olunub.

Toplantıda səfir Lin Treysi ABŞ-ın Ermənistanda demokratik, iqtisadi və sosial idarəetmənin gücləndirilməsi səylərini dəstəkləməyə davam edəcəyini qeyd edib. O, həmçinin, Dağlıq Qarabağdan olan insanların problemlərini yaxından izləyəcəyini və məhbusların geri qaytarılması işinə də kömək edəcəyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!