İlham Əliyev Polşa Prezidentini təbrik edib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Polşa Prezidentini təbrik edib

Siyasət

03 May 2026 12:02 81


Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Karol Navrotskiyə təbrik məktubu ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!