ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

Dünya

20 Yanvar 2023 09:00 551


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya zirehli texnika və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, 2,5 milyard dollar dəyərində yeni silah partiyasının ayrılmasına dair sənədlər imzalayıb.

“Yeni Sabah” TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Pentaqonun məlumatında bildirilir ki, Amerikanın Ukraynaya yeni hərbi yardım paketinə 59 “Bradley” piyada döyüş maşını və onlara quraşdırılmış “TOW” tank əleyhinə raket sistemləri üçün 590 raket, 90 “Stryker” zirehli personal daşıyıcısı, 8 “Eight Avenger” hava hücumundan müdafiə sistemi, həmçinin HARM antiradar raketləri, NASAMS zenit-raket sistemləri üçün sursat və HIMARS çoxsaylı buraxılış raket sistemləri, eləcə də gecəgörmə cihazları və digər avadanlıqlar daxildir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!