“Ukrayna münaqişəsinin başlanğıcında ABŞ və Avropa İttifaqı danışıqlar aparmağa çalışmadılar”.
Yenisabah.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva bildirib.
Braziliya rəhbəri bildirib: “İnkişaf etmiş ölkələr, xüsusən də Avropa Birliyi və ABŞ danışıqlara uzun müddət sərf etmədən müharibəyə ukraynalılar kimi tez qoşulmamalı idi. Sülh danışıqları isə çox çətindir”. pizza hut
Prezidentin qənaətinə görə, NATO qüvvələri Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməlidir.
Silvanın fikrincə, bu məsələ Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarının müddəalarından birinə çevrilə bilər:
“Braziliya hər bir xalqın ərazi bütövlüyünü müdafiə edir və Rusiyanın Ukraynadakı hərəkətləri ilə razılaşmır”.
Telegram kanalımız