ABŞ-yə məxsus 6 nəfərin olduğu təyyarə Nantaket adasında yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-yə məxsus 6 nəfərin olduğu təyyarə Nantaket adasında yoxa çıxdı

Dünya

04 Oktyabr 2026 17:57 75


Bermud adalarından Bostona uçan tibbi təyyarə ilə əlaqə kəsilib. Axtarış zamanı okeanda təyyarəyə aid ola biləcəyi bildirilən qalıqlar aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, “Gulfstream G100” tipli təyyarədə dörd ekipaj üzvü və iki sərnişin olub. Təyyarə tibbi təxliyə uçuşu həyata keçirib.

Təyyarə Nantaket adası sahillərinə yaxınlaşarkən hava hərəkətinə nəzarət xidməti ilə əlaqəni itirib. Pilot bundan əvvəl elektrik sistemində problem yarandığını bildirib və fövqəladə vəziyyət elan edib. pizza

Məlumata görə, təyyarədəki şəxslərdən dördü Kanada, ikisi isə Bermud adalarının vətəndaşıdır. ABŞ Sahil Mühafizəsi havadan və dənizdən axtarışları davam etdirir. Təyyarədə olan şəxslərin taleyi barədə hələlik məlumat verilməyib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!