Abşeron Rayon İcra Hakimiyyətindən məcburi köçkünlərin yaşayış şəraiti ilə bağlı yayılmış xəbərə  REAKSİYA
12 İyl 2020 15:49
714

Abşeron Rayon İcra Hakimiyyətindən məcburi köçkünlərin yaşayış şəraiti ilə bağlı yayılmış xəbərə REAKSİYA

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini İlham Quliyev məcburi köçkünlərin dözülməz həyat şəraiti ilə bağlı yayımlanmış xəbərlə bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, İ. Quliyev bildirib ki, sözügedən ailələrdən onlara heç bir müraciət daxil olmayıb:

“Məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğul olur. Hazırda Abşeron ərazisində “Stansiya Sumqayıt” adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailələri üçün qəsəbə salınır. Üç min ailəlik bina tikintisi gedir. Həmin ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edə bilər. Məcburi köçkün ailələrinin köçürülməsi Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Lakin, onlar öz rayonları üzrə icra hakimiyyətlərinə də müraciət edə bilərlər.

Bizə müraciət olunarsa, biz həmin ailələrin adından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi məktub ünvanlayıb, vəziyyətləri barədə məlumat verib, yeni salınan qəsəbədə bu ailələrin də vəziyyətinin nəzərə alınması barədə xahiş edə bilərik.

Həmin Komitənin Abşeron rayon üzrə nümayəndəsi var. Həftənin birinci günü onlardan xahiş edərik əraziyə baxış keçirib vəziyyətlə tanış olsunlar. Aidiyyəti üzrə də öz komitələrinə bu barədə məlumat versinlər”.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər