Abşeron rayonunda qanvermə aksiyası keçirildi - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Abşeron rayonunda qanvermə aksiyası keçirildi - FOTOLAR 

Sosial

20 İyul 2023 17:18 634


Abşeron Rayon İcra Hakimiyətinin, Mərkəzi Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. 

Rayonun Xırdalan şəhərində yerləşən Mərkəzi Xəstəxanada təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb. Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilmiş və daha sonra qanın verilməsinə başlanılıb.  

Qanvermə aksiyasında 100 nəfərdən artıq rayon sakini könüllü iştirak edib. Qan ehtiyacı olan insanlara kömək etmək məqsədilə Abşeron rayonunda baş tutan aksiyada Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak ediblər. pizza sifarişi

Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!