“Abşeron” yatağında hasilata başlanılması mühüm töhfədir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Abşeron” yatağında hasilata başlanılması mühüm töhfədir” - Vüqar Rəhimzadə

İqtisadiyyat

01 Sentyabr 2023 19:27 1066


Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirərək ölkəmizin bu sahədə malik olduğu imkanlardan səmərəli istifadəsini, dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etmək məqsədilə 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” kimi tarixə yazılan neft sazişini imzaladı. Bununla da ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi üçün böyük imkanlar yarandı.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti avqustun 31-də  Azərbaycan üçün tarixi əhəmiyyətə malik olan tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasiminin keçirilməsinə yönəldərək vurğulayıb ki, yatağın fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır. Mərasimdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

“Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. Bu, Azərbaycanın artıq neft ölkəsindən qaz ölkəsinə keçidinin təsdiqidir. “Abşeron” yatağında 350-360 milyard kubmetr qaz ehtiyatı vardır. Prezident İlham Əliyev bu ehtiyatın daha çox ola biləcəyini, Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı kimi nüfuz qazanacağını   bildirmişdir. Ümumilikdə ölkəmizin aparıcı dünya dövlətləri ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlığında enerji əsas faktordur. Azərbaycan təbii qazını dünya bazarlarına çıxarır. Həcm artır, coğrafiya genişlənir. Azərbaycanın qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq  reallıqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!