“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.
Yenisabah.az xəbər verir ki, Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkda təşkil edilən bayram konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak etmişlər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərinin sərgisi nümayiş olunub. Dördpendirli pizza
Sonra “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalına start verilib. Konsert proqramında bildirilib ki, Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”- müdrik kəlamı ölkəmizdə uşaqlara olan məhəbbətin təzahüridir.
Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərmiş, onların ən böyük himayədarı olub. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub.
Vurğulanıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılıb və bu istiqamətdə onun təşşəbbüsü ilə çoxsaylı tədbirlər görülüb, layihələr həyata keçirilib. Azərbaycanda uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Təhsilə dəstək” və sairə layihələr icra olunub.
Konsert proqramında Abşeron Rayon Mədəniyyət Mərkəzinin, rayonda fəaliyyət göstərən məktəb və bağçaların yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri nümayiş olunub.
Sonda Vətən Müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkilmiş, burada təlim-tərbiyə olunan uşaqlara bayram hədiyyələri təqdim edilərək təbrik edilib.
Telegram kanalımız