Abşeronda genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib

Sosial

21 Avqust 2021 12:24 1151


Abşeron rayonunda COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə bu həftə də genişmiqyaslı təbliğat, maarifləndirmə işləri həyata keçirilib. Rayon ərazisində fəaliyyət göstərən məktəb və bağçalarda valideynlərlə görüşlər keçirilib. 

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən yaradılan komissiya tərəfindən mütəmadi olaraq maaarifləndirmə, təbliğat şləri aparılır. Görüşlər zamanı komissiyanın üzvləri tərəfindən sakinlərlə maarifləndirici söhbətlər aparılır, vaksinasiya və xəstəliklə bağlı sakinləri maraqlandıran məsələlər barədə danışılır, onları maaraqlandıran suallar cavablandırılır.

Yerlərdə yoluxma sayının artmasının qarşısını almaq məqsədi ilə keçirilən görüşlər zamanı iştirak edən əhalinin sayından asılı olmayaraq ciddi şəkildə karantin qaydalarına riayət olunur, sosial məsafənin gözlənilməsinə və tibbi maskadan istifadə edilməsinə ciddi nəzarət edilir. Toyuqlu pizza

Məlumat üçün bildirək ki, belə maarifləndirici görüşlərin keçirilməsi öz müsbət nəticəsini artıq göstərməkdədir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!