Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi - Foto

Sosial

30 Mart 2023 18:11 726


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak ediblər. 

Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilmişdir. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilmiş, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub. pizza hut

Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilmiş, yeni yaşıllıq sahələri salınmış, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!