Bu gün Abşeron rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə Saray – Mehdiabad yolunun Novxanı kəndi ərazisinə düşən hissəsində, Duz gölünün ətrafında reallaşdırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirib. O qeyd edib ki, Abşeron RİH-nin əməkdaşlarının, Novxanı Bələdiyyəsinin üzvlərinin və habelə könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində ümumi sayı 100-ə yaxın ağac əkilib. Onlar arasında eldar şamı, kiparis və digəri də var. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb. Ərazi məişət tullantılarından təmizlənib. Qeyd edək ki, ağacəkmə ölkədə tətbiq olunan xüsusi karantin qaydalarına uyğun şəkildə təşkil olunub. Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
Telegram kanalımız