Abşeronda növbəti vətəndaş qəbulları keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda növbəti vətəndaş qəbulları keçirilib

Sosial

20 Sentyabr 2022 16:15 766


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilir. 

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Novxanı kəndində və Aşağı Güzdək qəsəbəsində sakinlərlə keçirilən qəbullarda RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Sakinlərlə görüşdə Abdin Fərzəliyev Abşeron rayonunda həyata keçirilən quruculıuq-abadlıq işlərindən danışıb və bundan sonra görüləcək işlər barəsində ətraflı məlumat verib. Rayon ərazisində fəaliyyət göstərən məktəb və bağçalarda sıxlığın nüşahidə olunduğunu, bununla əlaqədar olaraq yeni tədris binalarının inşa olunacağını qeyd edən RİH başçısı kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayıb.  Marqarita pizza

Sonra çıxış edən sakinlər əsas avtomobil yollarında surət təmzimləyicilərinin quraşdırılmasında, torpaq sahəsinin ayrılmasında, kanalizasiya xəttinin çəkilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!