Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı oldu - Fotolar

Sosial

27 Oktyabr 2021 22:04 780


Abşeron rayonunun Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Yenisabah.az xəbər verir ki, açılışda Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görülüb, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb. 

Daha sonra hərbi orkestr himnimzi və hərbi mahnılar ifa edib. Məktəblilər vətənpərvərlik şeirləri səsləndirib.  Sezar pizza

Səhəri gün şəhid Fərid Məmmədovun il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Oqtay Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak edib. 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. 

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!