Abşeronda şəhid övladının doğum günü qeyd olunub

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda şəhid övladının doğum günü qeyd olunub

Sosial

28 İyul 2022 13:42 809


Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Azad Yolçuyevin qızı Həbibə Yolçuyevanın 2 yaşı tamam olur. 

Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, RİH başçısı aparatının əməkdaşları, Masazır qəsəbə bələdiyyəsinin və qəsəbə icra nümayəndəliyinin üzvləri şəhidimizin əvvəllər yaşadığı evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.

Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. pizza hut

Qeyd olunub ki, son illər ordu quruculuğu istiqamətində görülən işlər silahlı qüvvələrin regionun ən qüdrətli ordusu olması ilə nəticələnib. Bunun nəticəsidir ki, ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa edib, işğal altındakı torpaqlarımız azad olunub. Vətən müharibəsində qazandığımız qələbənin əsasında isə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın iradəsi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. 

Şəhidin həyat yoldaşı Ləman Yolçuyeva həyatlarının hər bir anında daima dövlət qayğısını gördükləri üçün ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını, Azad Yolçuyevin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!