Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı

Sosial

17 Avqust 2022 13:08 795


44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun ailə üzvlərinin yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, İlqar Abdullayev küçəsində abadlıq işləri həyata keçirilib. 

Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidimizin ailələsini ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş bütün igidlərimizin əziz xatirəsini yad edərək ruhlarına dualar oxuyublar. Ziyarət zamanı şəhidimizin ailələsi tərəfindən yaşadıqları küçəyə asfalt örtüyünün çəkilməsi məsələsi qaldırılıb və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunub.

Bundan sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və sözügedən küçəyə 500 kv.m asfalt örtüyü salınıb.  Pepperoni pizza

Şəhid Ülvi Rəhmlinin atası Rabil Rəhimli onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!