Abşeronda şəhidlərə il mərasimi keçirildi, İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda şəhidlərə il mərasimi keçirildi, İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü - Fotolar

Sosial

09 Oktyabr 2021 15:19 762


II Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Mustafayev Nurlan Hamlet oğlu, kapitan Əliyev Fəzail Cahan oğlu və əsgər Sadıqov Rəsul Həşim oğlunun il mərasimləri ilə əlaqədar onların ailə üzvlərinə baş çəkilib.

Yenisabah.az xəbər verir ki, il mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Şəhidlərimizin yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb, qayğıları və problemləri ilə maraqlanılıb..  pizza sifarişi

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. 

Allah bütün şəhidlərimizi rəhmət eləsin.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!