Abşeronda Silahlı Qüvvələr Günü qeyd olunub 

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda Silahlı Qüvvələr Günü qeyd olunub 

Sosial

29 İyun 2022 11:31 647


Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək Zəfər günü şəhidlik zirvəsinə yüksələn,  “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Bahadurov Anar Süleyman oğlunun 30-cu doğum günü qeyd edilib.

Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində baş tutan tədbirdə RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub. Dominos pizza

Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. 

Sonra çıxış edən şəhid Anar Bahadurovun atası Süleyman Bahadurov, anası Zeynəb Bahadurova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın qazandığı qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, idiglərimizin qəhrəmanlıqlarından danışıblar. 

Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Sonda incəsənət nümayəndələrinin və Mədəniyyət Mərkəzinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndirib.

Həmçinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyətinin və “Ləziz Manqal” restoranının birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi, eləçədə I Qarabağ Müharibəsi qaziləri üçün  bayram süfrəsi təşkil edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!