Abşeronda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi - Fotolar

Sosial

21 Aprel 2023 12:10 772


Abşeron Rayon İcra Hakimiyyətinin və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Yenisabah.az xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Abşeron Rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Konfrans iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini böyük ehtiramla yad ediblər. Konfransı giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, "Heydər Əliyev İli" çərçivəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da Ümummilli Liderin əbədiyaşar xatirəsinə ithaf edilən çoxsaylı tədbirlər, konfranslar, görüşlər davamlı olaraq keçirilir. Ulu Öndərin böyük siyasətçi və misilsiz şəxsiyyət olduğunu qeyd edən RİH başçısı bildriib ki, Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarı da məhz Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kurs olduğunu vurğulayan RİH başçısı bildirib ki, qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub və qarşıda bizi gözləyən daha böyük yüksəlişə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedirik. pizza

Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək respublikaya rəhbərliyə başladığı dövrlərdə Azərbaycan geridə qalmış, yoxsul vəziyyətdə idi. Bildirilib ki, böyük enerji və təşəbbüskarlıqla işə başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını böhrandan qurtardı, bütün sahələrdə dönüş və dəyişikliklərə nail olub. Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycanı bir dövlət kimi məhv olmadan, əvvəlki kimi kiçik xanlıqlara parçalanmadan qorudu, üstəlik, onun gələcək sürətli və davamlı inkişafına möhkəm təməl yaradıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid Mayor Elşad Həsənovun həyat yoldaşı Oksana Həsənova, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov Ümummilli Liderin Azərbaycanın tarixin bütün sınaqlarından üzüağ çıxarmasından, dövlətimizin inkişafı istiqamətində atdığı addımlardan danışıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!