Abşeronla bağlı dəhşətli faktlar açıqlandı: Bunu etiraf edə bilmirlər...

saytların hazırlanması

Evə çatdırılma

Abşeronla bağlı dəhşətli faktlar açıqlandı: Bunu etiraf edə bilmirlər...

Sosial

20 Avqust 2023 10:20 40704


Tanınmış araşdırmaçı Allahverdi Aydın Abşeronla bağlı dəhşətli faktlar açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, onun sözlərinə görə Abşeron yarımadasının ərazisi (2110 kv. km) Azərbaycanın ümumi ərazisinin (86,6 min kv. km) 2,4%-ni təşkil edir.

O, Abşeronun ölkə ərazisinin bu qədər kiçik bir hissəsini tutmasına baxmayaraq, əhalisinin yarıdan çoxunun bu zonada yaşadığını qeyd edib: Marqarita pizza

“Ölkə əhalisinin 50%-dən çoxu Abşeronda cəmləşib. Bakı, Xırdalan və Sumqayıt faktiki olaraq birləşib və Abşeron meqapolisinə çevrilib. Dövlət Statistika Komitəsi utandığından bunu birbaşa etiraf eləyə bilməsə də, dolayısı yolla bunu təsdiqləyir.

Məsələn, DSK-nin son məlumatına görə ölkə üzrə... 

- Pərakəndə ticarət dövriyyəsinin 63%-i,

- Sərnişin daşımalarının 52%-i,

- İnformasiya və rabitə xidmətlərinin 96%-i,

- Ödənişli xidmətlərin – 66%-i,

- İaşə dövriyyəsinin 72%-i,

- Elektrik enerjisi istehlakının (əhali üzrə) 52%-i

Abşeron meqapolisinin payına düşüb.

Dünyanın heç bir yerində belə analogiya yoxdur. Böyük ehtimalla heç bir normal ölkədə əhalinin yarıdan çoxu ölkə ərazisinin 2,4%-də cəmləşməyib.

Son 20 ildə regionların sosial-iqtisadi inkişafı adı ilə 4 Dövlət Proqramı icra olunub. Əvvəllər ümid edirdik ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan Dövlət Proqramları bu anormal urbanizasiya probleminin qarşısını alar. Amma nəticəsi olmadı. 

İndi də ümid edirik ki, məcburi köçkünlər öz yurdların dönəcək və bu problem qismən də olsa həll olunacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!