Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirildi - Fotolar
27 Okt 2020 18:20
430

Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirildi - Fotolar

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri rayonun kənd və qəsənələrində də davam etdirilir.

Yenisabah.az xəbər verir ki, Rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə iştirakı ilə obyektlərə baxış keçirilir, sakinlərlə söhbətlər aparılır.

Abşeron rayonunun kənd və qəsəbələrində, eləcə də Xırdalan şəhərində keçirilən növbəti reydlər zamanı satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Eyni zamanda, karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda qanunvericiliyə uyğun olaraq ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Rayon ərazisində fəaliyyət göstərən kafe və restoranlarda da karantin rejiminin tələblərinə riayət olunub-olunmamasını müəyyənləşdirmək məqsədi ilə reyd keçirilib. Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb, mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri məlumatlandırılıb.

 

Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirildi - Fotolar
Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirildi - Fotolar
Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirildi - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər