“AccessBank”ın mənfəəti 100 milyon manatı keçdi

saytların hazırlanması

Evə çatdırılma

“AccessBank”ın mənfəəti 100 milyon manatı keçdi

İqtisadiyyat

15 Oktyabr 2026 01:16 76


“AccessBank” QSC 2026-cı ilin üçüncü rübünün (30 sentyabr 2026-cı il tarixinə olan) maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bank cari ilin 9 ayında aktivlərini və kapital bazasını əhəmiyyətli dərəcədə genişləndirib. Təqdim olunan rəsmi göstəricilərə əsasən, bankın cəmi aktivləri və öhdəliklər ilə kapitalının ümumi həcmi artaraq 1 milyard 883 milyon 681 min manat təşkil edib (ötən ilin sonunda bu rəqəm 1 milyard 770 milyon 369 min manat idi).

Hesabat dövründə bankın ümumi kapitalı 238 milyon 724 min manata yüksəlib (ötən ilin sonunda 232 milyon 711 min manat olub). Kapitalın tərkibindəki bölüşdürülməmiş mənfəət isə artaraq 102 milyon 399 min manat təşkil edib (ötən il 97 milyon 153 min manat idi). Sezar pizza

Bununla yanaşı, bankın I dərəcəli kapitalı (əsas kapital) 178 milyon 902 min manat, tutulmalardan sonra I dərəcəli kapitalı isə 162 milyon 574 min manat səviyyəsində formalaşıb. Depozit portfelində isə fiziki şəxslərin depozitləri 897 milyon 715 min manat, hüquqi şəxslərin depozitləri isə 194 milyon 296 min manat təşkil edib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!