Açıq havada maskadan imtina yoluxma sayını artıracaq? - Professordan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Açıq havada maskadan imtina yoluxma sayını artıracaq? - Professordan AÇIQLAMA

Sosial

28 May 2021 12:31 1438


Qəbul edilən qərara görə, Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.

Lakin bu qərar birmənalı qarşılanmadı, bəziləri bunun yoluxma sayını yenidən artıracağı qənaətindədir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla açıq havada maska taxmağın absurd olduğunu qeyd edib: Pepperoni pizza

“Əslində verilən qərar uzun müddət idi ki, insanlar tərəfindən gözlənilən qərar idi. Biz bu gün iaşə məkanlarında icazə vermişik ki, insanlar saatlarla otursunlar. Onlar maskasız şəkildə bir-birləri ilə deyib, gülüb, əylənirlər. Bütün bunlar qapalı mühitdə baş verir. Təsəvvür edin, maskasız qapalı məkanda oturan şəxslərdən açıq havaya çıxanda maska taxmaq tələb olunurdu. Bu absurd idi”.

Həkimin sözlərinə görə, mövcud situasiyada maskasız gəzmək təhlükəli hesab olunmur:

“Açıq havada maskasız gəzmək indiki epidemioloji durumda real görünür, amma təbii ki, vəziyyət pisləşərsə, yeni bir dalğa yaranarsa, virus yenidən mutasiyaya uğrayarsa, o zaman bu qərarlar dəyişə bilər. Amma bu gün verilən qərar, situasiyaya uyğun verilmiş qərardır”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!