Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, o,Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.
Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur. Toyuqlu pizza
Xatırladaq ki, İcra Hakimiyyəti başçısının keçmiş müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin adı qalmaqalda hallanıb. 2022-ci ilin iyulunda onun və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın 9-cu sinif şagirdi Aliyə Camalovanı döyməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.
Telegram kanalımız