Adımın bu cür hallanmasını istəmirəm! -   Roza Zərgərlinin “oğulluğu” danışdı

saytların hazırlanması

Evə çatdırılma

Adımın bu cür hallanmasını istəmirəm! - Roza Zərgərlinin “oğulluğu” danışdı

Şou

28 Noyabr 2024 16:48 1563


Bu ilin yay aylarında müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarovun ağır həyat şəraitindən şikayətlənməsi həm sosial şəbəkələrdə, həm də mətbuatda böyük səs-küy yaratmışdı. 

Belə ki, Jerar işsiz olduğunu, yeməyə pul tapmadığını açıqlayaraq izləyicilərindən yardım istəsə də, müğənni Roza Zərgərli gözlənilənin əksinə, sərt cavab verərək oğulluğunu “dilənçi” adlandırmışdı.

Daha sonra Jerard heç də analığının dediyi kimi ianələrlə yaşamaq niyətində olmadığını, halal zəhməti ilə dolanmaq istədiyini bildirərək məsələni sonlandırmışdı. pizza mizza

Yenisabah.az aylar sonra Jerardın vəziyyəti ilə bağlı son durumla maraqlanıb. O, saytımıza açıqlamasında bildirib ki, çətin vəziyyətdən təkbaşına çıxmağı bacarıb:

“Həmin “səs-küylü məsələ”dən sonra hər şeyi özüm etdim. Yavaş-yavaş hər şeyi yoluna qoyuram, öz işimlə məşğulam və heç kimdən nə isə istəmirəm”.

O, Roza Zərgərli ilə heç bir əlaqəsinin olmadığını da açıqlayıb:

“Qeyd edim ki, Roza Zərgərli ilə heç bir əlaqəm yoxdur. Həmçinin onunla hər hansı bir problemim də yoxdur. Sadəcə, yayda öz durumumu paylaşaraq insanlardan yardım istəmişdim. Söhbət pulda deyildi.  Özümü dolandırmaq üçün iş axtarırdım. Və mən bu paylaşımda qətiyyən Roza Zərgərlinin adını çəkməmişdim. Mətbuatda onun oğlu kimi adımın hallanmasını istəmirəm, mən Leylanın oğluyam. Qanuni olaraq dövlət himayəsində hesab edilirəm, rəsmi şəkildə məni kimsə övladlığa götürməyib. Öz həyatımı yaşayıram, hər hansı qalmaqalın, söz-söhbətin içərisində adımın hallanmasını heç vaxt istəməmişəm, indi də istəmirəm”. 

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!