Adımın tankerə verilməsi Prezidentin təşəbbüsüdür - Xoşbəxt Yusifzadə

saytların hazırlanması

Evə çatdırılma

Adımın tankerə verilməsi Prezidentin təşəbbüsüdür - Xoşbəxt Yusifzadə

Sosial

07 Dekabr 2022 13:16 721


Bu gün özümü adım kimi çox xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür. Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu. 

Yenisabah.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib: “Ümumiyyətlə, bu tankerə mənim adımın verilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür. Dövlətimizin başçısı 90 illik yubileyimdə bu təkliflə çıxış etdi və bu gün də gəminin suya buraxılması mərasimində iştirak etdi. Ona görə bu gün mənim üçün çox əziz gündür”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!