“Adları ekspertdir, amma özləri bazar arvadlarından fərqlənmir” - Sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Adları ekspertdir, amma özləri bazar arvadlarından fərqlənmir” - Sərt sözlər

Sosial

27 Noyabr 2023 12:26 23478


“Son günlər ekspertlərin studiyaya pənah gətirən çarəsiz insanları alçaltması, həmin şəxsləri təhqir etməsi ənənə halını alıb. Biri onun geyiminə irad tutur, biri davranışını tənqid edir, bəzən şəxsin heç etmədiyi davranışı belə onun boynuna qoymağa çalışırlar, biri studiyada saatı yerə atır və onu ayağı ilə qırır...” 

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edənlər əvvəlcə özləri cəmiyyətə nümunə olmağı bacarmalıdır:

“Ekspert verilişə niyə gəlir, onun işi savadlı, dünyagörmüş şəxs kimi başqalarına nümunə olmaqdır. Ekspertin kiminsə geyiminə irad tutmağa haqqı çatmır. Studiyaya gələn adam düşdüyü vəziyyətdən çıxış yolu axtarır, deməli, öz ailəsində məsələni həll edə bilməyib, məcbur olub bunu ictimailəşdirib. Heç kəs istəməz ki, problemini efirdə müzakirə etsin, hamının ətrafı, dostu-tanışı var. Görün o şəxs necə çarəsiz qalıb ki, bunu efirə çıxarıb.  Dominos pizza

Bəzi ekspertlərin özünün başına ağıl qoyan lazımdır. Mən efirə baxıram, ekspertləri dinləyirəm və görürəm ki, artıq ekspertlər ağıllı məsləhətlər vermirlər. Efirə Rəşid Mahmudov kimi insanlar lazımdır. Onlar gələn qonağa da, studiyadakı digər şəxslərə də hörmətlə yanaşır, problemi çözməyə çalışırdılar. 

Bu günsə psixoloq efirə çıxıb başqa söhbətlər edir. Şair, hüquqşünas, həkim, psixoloq çıxıb efirdə qışqır-bağır salır, qarşısındakını təhqir edir. Dinləmə mədəniyyəti, efir mədəniyyəti kimi anlayışlar var, bunu unutmaq olmaz”.

Psixoloq bəzən aparıcıların reytinq xətrinə studiyadakı qalmaqalın böyüməsinə şərait yaratdığını açıqlayıb: 

“Niyə ekspert efirdə təhqir olunmalıdır? Niyə şikayət üçün gələn şəxs ekspertə deməlidir ki, sən kimsən? Özüm bilərəm nə geyinərəm, al, ver, geyinim. Niyə bu sözü özünə dedirdirsən, axı sən ekspertsən. 

Bu gün aparıcılar reytinq yığmaq xətrinə nələr edirlər, gələn şikayətçini alçaldırlar, hamını qızışdırıb onun üstünə salır, sonra aranı sakitləşdirib özləri çıxış etməyə başlayırlar ki, o da azərbaycanlıdır, kömək etməliyik. Yaxşı, kömək etmək lazımdırsa, niyə 1 saatdır studiyada qırğın-qiyamətin qopmasına şərait yaradırsan?! 

Adları ekspertdir, amma özləri bazar arvadlarından fərqlənmir.  Bazardakı insan deyəndə onlara belə haqsızlıq edirəm, çünki bazardakılar öz malını satmaq üçün qışqırırlar, ona görə hay-küy düşür, amma ekspertlər eyni mövzu üzərindən bir ağızdan çığırışırlar. Hamı mikrofonu əlinə alır və qışqırır. Niyə?! Axı siz ekspertsiniz, siz cəmiyyətin sayılan, seçilən üzvlərisiniz, hörmətli qonaq kimi efirə dəvət olunmusunuz. Nəyi nümayiş etdirirsiniz? Sizə baxan gənclər hansı tərbiyəni götürsünlər?!”  

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hafiz
    Ay millət. Sinəsi açıq, lüt, oturuşunu, duruşunu bilməyən gəlib eksperr qismində oturub kənlərəsə ağll verirlər. Deyən yoxdur ki, sin get hili geyimini düzəlt, sonra ağll verirsən. Tekeviziyalarln çoxu fahişixanaya dönüb. Bir komedi xana var.görün orda nələr danlşmlrlar? Bu nədir? Bir sözlə eləlirini ümumiyyitlə televizyaya buraxmaslnlar.
    2 years ago
  • RAHİM
    özlərinə çarə tapa BİLMƏYƏNLƏR başqalarına məsləhət vermək istəyirlər.
    2 years ago
  • RAHİM
    BU VERİLİŞLƏRİN XALQA HEÇ BİR FAYDASI YOXDUR. ƏGƏR H-M ORQANLARI ÖZ VƏZİFƏLƏRİNİ YETƏRİNCƏ YERİNƏ YETİRSƏLƏR BELƏ SƏVİYYƏSİZ VERİLİŞLƏR. EFİRDƏ OLMAZDI. ÖZ AİLƏLƏRİNİN PROBLEMLƏRİNİ HƏLL EDƏ BİLMƏYƏNLƏR GƏLİB EKİSPERT OLURLAR. BİABIRÇILIQDIR.
    2 years ago
  • Lalə
    Baxmayın belə verilişlərə. Reytinq yığmasın. O zaman reklam da olmayacaq...
    2 years ago
  • Yaşar
    Hə, nə olsun?! Nəticə olmayandan sonra nə fayda?
    2 years ago
  • Hidayət
    Bu bu cəmiyyətin mənəviyyatini məhv etmək üçün düşünülüb. Bütün sahələrdə belədir. Baxin "milli" məclisə, xalqimiz uzun illərdir kimləri orada görmək istəyir....
    2 years ago
  • Nahid
    Duz qeyd edirsiniz, umumiuyete hemin efirde aparicidan tutmus ekspertlere kimi terbiyesiz yiginidi
    2 years ago
  • Kamilə
    Çox gözəl şərh verib.Ürəyimizdəki sözləri dilə gətirib,yazıblar.Çoox təşəkkür edirik psixoloq Gülnar xanıma da,xəbəri işıqlandıran Əsmətxanım Rzazadəyə də.Ümid edirik ki,bunun bir nəticəsi olar.
    2 years ago