Adlarına şirkət açılıb, amma xəbərləri olmayıb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Adlarına şirkət açılıb, amma xəbərləri olmayıb - VİDEO

Sosial

04 Yanvar 2022 19:49 838


Abşeronda vətəndaşları aldadaraq onları işlə təmin edəcəklərini deyiblər. Sənədlərini düzəltmək üçün onlara avans olaraq 100 manat da veriblər.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayonunda Yolçuyevlər ailəsi dələduqluq faktı ilə üzləşiblər. 

Onlar iddia edir ki,  Asif və Alim adında iki şəxs onları aldadıb. "Padişah Karqo" MMC-də işləyəcəklərinə dair adlarına VÖEN açıldıqdan sonra onlara küllü miqdarda borc yazılıb. pizza sifarişi

Zərərçəkmiş Ceyhun Yolçuyev sonradan aldadıldığını başa düşsə də, artıq gec olub.

Zərərçəkmişlərin anası Saatxanım Yolçuyeva deyir ki, övladlarını pandemiya dövründə işsiz qaldıqları vaxt aldadaraq tora salıblar. Onların adına yalandan şirkət açıb yarım milyon borc yazdırıblar. Hadisəni törədən şəxslərlə dəfələrlə əlaqə də saxlayıblar. Ancaq onlar müxtəlif bəhanələr gətiriblər.

Vətəndaşlar onları aldatdığını iddia edən şəxslərdən biri, Asif Quliyevlə telefonla əlaqə saxlayıblar.

Zərərşəkmişlər hadisə baş verən vaxt Bakının Nəsimi rayonu ərazisində kirayədə yaşayırlarmış. Onların adına ümumilikdə yarım milyondan çox borc yazılıb. Məsələ ilə bağlı vətəndaşlar hüquq- mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!