"Media çox güclü resursdur. Həm də dövlət məlumatlarını insanlara çatdırır, cəmiyyətə istiqamətverici alətdir. Tənqid üçün gözəl alətdir. Bəzən dövlətin deyə bilmədiyi mesajları media deyir. Xarici siyasətlə media adi vətəndaşın görmədiyi səhnə arxası oyunlardır. Dövlətin güclü mediasının olması onun xarici siyasəti üçün çox vacibdir".
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev deyib.
O, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər qaynaqları: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlimdə bildirib: Marqarita pizza
"Biz dövlət qurumları qarşısında vacib tapşırıq qoymuşuq ki, hər biri öz sahəsi üzrə ixtisaslaşmış jurnalistlər yetişdirsinlər. Qəbul etməliyik ki, hazırda sosial media tendensiyası onlayn medianı ötüb keçib. 44 günlük Vətən müharibəsində interneti məhdudlaşdırmağımıza baxmayaraq, hibrid təhlükələrlə üzləşmişdik".
Telegram kanalımız