Adnan Oktar teleyarışmalardakı qızları yanına gətizdirirmiş

Adnan Oktar teleyarışmalardakı qızları yanına gətizdirirmiş
Avq 13, 2019 15:10
Oxunma sayı: 411

Adnan Oktarın cinayətkar dəstəsi ilə bağlı yeni detallar üzə çıxmaqda davam edir. 

Türkiyə mediası yazır ki, dəstənin etirafçı üzvlərindən biri ilginc bir həqiqətin üstünü açıb. Deyib ki, “Adnan Oktarın yanına gətirilən qızlar arasında TV-dəki yarışmalardan tanınan iki nəfər də vardı. Oktar bu qızlardan birini dəfələrlə cinsi istismara məruz qoyub”. 

Məhbus Adnan Oktarın cinayətkar dəstəsi ilə bağlı ittiham sənədlərinin detalları üzə çıxmağa davam edir. “Əsaslı peşmanlıq” hökmündən yararlanan məhkum Çağla Teker Çelenlioğlu etirafçı olaraq verdiyi ifadədə deyib ki, Adnan Oktarın özünü Timuçin Kaan (Çingiz Xan) olaraq gördüyünü bildirərək, şübhəlilərdən Berrak Pilavcıya qarşısında diz çökməsi üçün bağırdığını dedi. 

Oktarın təşkilata yeni birinin gətirildiyi zaman çox həyəcanlandığını deyən Çelenlioğlu son dönəmlərdə gələn qızlardan birinin isə bir televiziya kanalındakı yarışa qatılan R.K. olduğunu iddia etdi. Çelenlioğlu ifadəsində deyib ki, A.Oktar bu qızı bir neçə dəfə cinsi istismara məruz qoyub. Çelenlioğlu gətirilən şəxslərdən digərinin isə bir başqa verilişin yarışmaçısı olan B.C. olduğunu deyib. 

İstintaq sənədlərinə görə, Çelenlioğlu ifadəsində aşağıdakıları dilə gətirdi: “T.B.-ni atası qızının zərərçəkən olduğunu danışmaq üçün televiziyaya çıxaraq, qızına səslənmişdi. Adnan Oktar da T.B-yə “Siz xoşbəxt olduğunuzu göstərsəniz, ailələr başıma bəla olmaz. Çox donuqsunuz, baxışlarınızdan məni istəmədiyiniz də bəlli olur. Buna görə də ailələriniz sizin zərərçəkən olduğunuzu görür və hamısı mənim üstümə düşür” deyə qışqırıb. Daha sonra Adnan Oktar E.A-ya T.B.-nin atası haqqında “məlumat toplayıb, uzaqlaşdırma qərarı alın” dedi. E.A. həmin vaxt T.B.-nin atası ilə bağlı bir çox araşdırma apardı. Daha sonra T.B-nin atası haqqında uzaqlaşdırma qərarı çıxarıldı”. 

Çelenlioğlu sözlərinə belə davam edib: “Adnan Oktar, T.B.-nin baxışlarını bəyənmədiyi üçün “sən şizofrensən” dedi. Hər kəsin içində T.B-ni aşağıladı. Sonra T.B-yə tərəf çevrilərək, ‘Qızım, sən həqiqətən şizofrensən. Denən, səni Bakırköydəki ruh xəstəlikləri xəstəxanasına yatızdıraq, müalicə al” dedi. Qız da “Bilmirəm, sən elə deyirsənsə, elədir” cavabını verdi. Adnan Oktar da “Səni bir az xəstəxanada saxlayaq, müalicə al” dedi”. 

A.Oktar hər kəsi tək-tək seçərək qruplara ayırır, sonra da sadəcə 30-40 nəfərlik birinci qrupun içindəkilərlə görüşürmüş. Təşkilat içində bir müddət kütləvi qopmaların yaşandığı, Oktarın onların yanından gedən şəxsləri düşmən elan etdiyi də Ç.Çelencioğlunun dedikləri sırasında idi: “Oktar geridə qalanlara bu şəxslərlə əlaqə qurulmasını qadağan etmişdi. Bundan başqa, onlara qarşı sosial mediada etibarsızlaşdırma, həqarət etmə, aşağılama, hüquqi olaraq onları pis vəziyyətə salacaq cinayət əməlləri edildi. Hüququn açıq tərəflərindən istifadə edilirdi. Təşkilatdan ayrıldıqları zaman gedə biləcəkləri bir qapıları olmasın deyə xüsusən kişi üzvlərin ailələrini iflasa sürükləyəcək üsullardan istifadə olundu”. 

Onun  bildirdiyinə görə, ierarxik quruluş daxilində “imamlar”, “müttəfiqlər” kimi qruplar yaradılıb. Oktar da özünü ən böyük imam, yəni, "Ulu əmir" pozisiyasında görüb. Təşkilatın bir üzvünü hansısa formada kriminal əmələ sövq edib, daha sonra onu özünə bağlayan Oktar bu cür hərəkətlərlə insanları özünə bağlayıb. Bu əməllərdə iştirak edənlər başlarına gələcəklərdən qorxduqları üçün təşkilatdan ayrılmadıqlarını deyib.

Kısıklı bölgəsindəki bir təşkilat evində qaldığını, uzun müddət Kandillidəki evdə də yaşadığını deyən şahid aşağıdakıları da açıqlayıb: “Biz qadınlar bir AVM-yə və ya xəstəxanaya təkbaşına çıxa bilməzdik. Daim bir şahidin yanımızda olması şərt idi. Ailənizlə, ananızla görüşəndə belə yanınızda o şahidlə getməniz lazım idi. Bir çox ailə qızlarını xilas etmək üçün cəhdlər etsə də, Oktar onları təşkilat içində saxlamaq üçün saxta nikah kimi bir çox üsullardan istifadə edirdi. Bir çox qız təşkilat içində heç görüşmədiyi kişilərlə saxta olaraq, kağız üstündə evləndirilərək, təşkilata bağlı hala gətirilirdi. Qaydalara tabe olmayan qadınlara müxtəlif növ işgəncələr edilirdi. Oktar özü çox şiddət tətbiq edirdi. Yumruqlar, sillələr, aşağılama, həqarət, yerdə süründürmə, it təqlidi etdirmə kimi cəzalar verirdi. Kişilərə gücü çatmadığı üçün bunu qadınlara qarşı tətbiq edirdi. Əlləri ilə saçını yolur, yediyi yeməyi başından aşağı tökürdü. Bunun kimi müxtəlif növ şiddətə yol verirdi”.

Musavat.com

Yenisabah.az