ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - VİDEO

Sosial

05 Yanvar 2024 08:52 1959


Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan vəfat edib.

O, ötən il dekabrın sonunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpgilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.

Həkim-infeksionistin müayinəsindən sonra xəstəyə qızılca diaqnozu qoyulub və ambulator müalicəyə yazılıb. Lakin dekabrın 30-da xəstədə kəskin ağırlaşma baş verib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. O, təcili qaydada intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, Sevil İbayevanın həyatını xilas etmək mümkün olmayıb. Dördpendirli pizza

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Arzu Cəfərli Baku TV-yə bu barədə açıqlama verib.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!