DİQQƏT! ADY mühüm məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! ADY mühüm məlumat yaydı

Sosial

23 İyul 2026 18:21 857


2026-cı ilin ilk 6 ayında ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirilib ki, hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb. Dördpendirli pizza

"Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər" - ADY-nin məlumatında deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!