ADY-dən sərnişinlərə şad xəbər: Onlarla yeni qatar və vaqon gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

ADY-dən sərnişinlərə şad xəbər: Onlarla yeni qatar və vaqon gətiriləcək

İqtisadiyyat

30 İyun 2026 16:06 377


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həm yük, həm də sərnişin daşımaları infrastrukturunun modernləşdirilməsi istiqamətində son illərdə ciddi islahatlar həyata keçirib, hərəkət tərkibinin yenilənməsində yüksək göstəricilərə nail olub. Qurumun balansında olan infrastruktur aktivlərinin yenilənmə prosesi qlobal bazarda tanınmış istehsalçılardan birbaşa yeni texnikaların satın alınması və mövcud resursların əsaslı təmiri və bərpası vasitəsilə icra edilir”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib.

Qurumun açıqlamasına görə, hazırda qatarların intensiv yenilənməsi prosesi davam edir: pizza

“Hazırda ADY-nin balansında olan ümumi 5995 ədəd yük vaqonundan 4017 ədədi 2015–2026-cı illəri əhatə edən dövr ərzində yeni satın alınıb ki, bu da ümumi yük vaqonu parkının 70%-nin tamamilə yenilənməsi deməkdir.

Sərnişin daşımaları üzrə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan 9 ədəd ikimərtəbəli elektrik qatarı, 6 ədəd birmərtəbəli elektrik qatarı, 4 ədəd birmərtəbəli dizel qatarı və 20 ədəd yataq tipli sərnişin vaqonu alınıb. Bu hərəkət vasitələrinin hamısı 2015–2025-ci illər ərzində istehsal edilib. Bunlarla yanaşı, köhnə tipli, lakin əsaslı təmir və bərpa olunmuş yataq tipli vaqonlar Bakı – Balakən – Bakı marşrutunda istifadə olunur, həmçinin 13 ədəd əsaslı təmir və bərpa olunmuş olunmuş oturacaq tipli vaqon istismar edilir. Lokomotiv parkında isə ümumilikdə 200-dən çox lokomotiv var.

Yaxın illər üçün hərəkət tərkibinin daha da genişləndirilməsi nəzərdə tutulur. Regional reyslərdə istismar edilmək üçün 4 ədəd, Abşeron dairəvi xətti üzrə hərəkəti təmin etmək məqsədilə isə 20 ədəd yeni ikimərtəbəli elektrik qatarının alınması planlaşdırılır. Bundan əlavə, 4 yeni magistral sərnişin lokomotivi və 50 ədəd yataq tipli yeni sərnişin vaqonu da satın alınacaq.

Ötən il sifariş edilmiş 7 ədəd yük lokomotivinin istehsalı isə son mərhələdədir. Bundan başqa, 14 ədəd lokomotivin alınması üzrə danışıqlar aparılır.

Bu tədarüklərin həyata keçirilməsi ilə ADY-nin daşıma parkı əhəmiyyətli dərəcədə güclənəcək və xidmət keyfiyyəti daha da yüksələcək.

ADY-nin balansından silinən və istismara tamamilə yararsız vəziyyətdə olan sərnişin və yük vaqonları müəyyən edilmiş qaydada inventardan çıxarılır. Bu növ yararsız hərəkət tərkibinin digər ölkələrə satışı və ya başqa xətlərdə yenidən istismara verilməsi nəzərdə tutulmur.

İstismardan çıxarılan vaqonların hələ də istifadəyə yararlı və saz vəziyyətdə olan ehtiyat hissələri sökülərək ayrılır və gələcəkdə digər vaqonların cari və ya əsaslı bərpa təmiri prosesində istifadə edilir. Tamamilə yararsız qalan gövdə və hissələr isə təkrar emal müəssisələrinə təhvil verilir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!