ADY zəlzələ ilə bağlı yol infrastrukturuna baxış keçirir

saytların hazırlanması

Evə çatdırılma

ADY zəlzələ ilə bağlı yol infrastrukturuna baxış keçirir

Sosial

19 Yanvar 2024 23:47 607


19 yanvar tarixində axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Yenisabah.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!