“AER Company” dondurma şirkəti məhkəməyə verildi 

saytların hazırlanması

Evə çatdırılma

“AER Company” dondurma şirkəti məhkəməyə verildi 

Sosial

23 Mart 2024 17:04 863


Tanınmış dondurma şirkəti vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, “AER Company qrup” MMC barədə Bakı İnzibati Məhkəməsinə Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət edib. Məhkəmə prosesinin hazırlıq iclası mart ayının 27-də hakim Aygün Əhədovanın sədrliyi ilə  keçiriləcək. 

Xatırladaq ki, “AER Company” dondurma şirkəti 1998-ci ildən fəaliyyətə başlayıb, rəhbəri isə Adil Şərifovdur. Dominos pizza

Qeyd edək ki, şirkətin dondurmaların keyfiyyətsizliyindən, onun tərkibinə marqarin vurulması ilə bağlı şikayətlər olduğu üçün İqtisadiyyat və Səhiyyə Nazirlikləri də dəfələrlə açıqlama verərək bildiriblər ki, “AER Company Qrup”a məxsus olan bəzi dondurmaların tərkibində bakteriya olduğu aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!