Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şou

30 İyul 2026 20:56 118


Xalq artisti Afaq Bəşirqızının nəvəsi Əhmədpaşa hərbi xidmətə yollanıb.

''Yeni Sabah'' xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib.

"Sən bu gün Vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir, amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımında qorusun, yolunu açıq, qismətini gözəl etsin. Dominos pizza

Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib sağ-salamat evimizə qayıtmağın ən böyük arzumdur.

Səni çox sevirəm, balam. Allah səni qorusun, ayağına daş dəyməsin. Yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm. Allah amanında ol, canım nəvəm!", - deyə aktrisa paylaşımına yazıb.

Qeyd edək ki, A.Bəşirqızının bir oğul övladı və iki oğul nəvəsi var. (axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!