Afət Fərmanqızı: “10 min dollar verib müğənni gətirirsiz, fonoqram oxuyur”

saytların hazırlanması

Evə çatdırılma

Afət Fərmanqızı: “10 min dollar verib müğənni gətirirsiz, fonoqram oxuyur”

Şou

18 Aprel 2025 11:35 326


“2022-ci ildən ailə qurub Rusiyaya köçmüşəm. Elə köçdüyüm gündən bu günə kimi təqvimdə ən çox toyu olan müğənni mənəm. Rusiyanın toylar kraliçası özüməm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya özəl açıqlamasında müğənni Afət Fərmanqızı bildirib. O, üstüörtülü bəzi həmkarlarına “raket” də atıb:

“Mənim bir çıxışım var idi, indi də təkrar deyirəm. Ev dağıdanları, onun bunun ərindən bic doğanları müqəddəs gününüzə çağırıb, bəy-gəlinə o tipli adamların xeyir-dua verməsinə imkan verməyin! İnsanlar var ki, bu sözümə görə mənə təşəkkür edir, “düz deyirsən” deyir. Toyuqlu pizza

Axır ki, insanlar ayılıb. Fonoqram oxumağı da baykod etmişəm. Uğurumun kökünə fanaqram oxumamaq dayanır. 6 saat toyda bir ya iki fanaqram oxuyaram. Camaatın beyninə salmışam ki, on min dollar pul verib müğənni gətirirsiz, sizi barmağına doluyur, fanaqram oxuyur. Yavaş-yavaş ayılıblar. Bu rəqabətdir, paxıllıq deyil. Mənim heç kimlə işim yoxdur”, - deyə müğənni qeyd edib.

Afət Fərmanqızı toy qiymətinə də toxunub. O, qeyd edib ki, qiymətlər də ucuz deyil:

“Kifayət qədər baha qiymətdi, düzdü bir az əziyyətdir, çünki, məsafələr uzaqdır. Dünyanın ən böyük ölkəsində fəaliyyət göstərmək heç də asan deyil. Məsələn iki gün əvvəl on min kilometr uçmuşam. Bir sözlə burda qazanc da var, əziyyət də…”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!