Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi

Şou

17 Sentyabr 2026 18:27 125


Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.

"Yeni Sabah" xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.

Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Dördpendirli pizza

Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.

O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə əlaqədar məhkəmə tərəfindən xitamla nəticələnib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!