Afətdən Sami Yusifin ifasına sərt reaksiya –   “Hesabıma 1000 manat köçürülməlidir” - Video

saytların hazırlanması

Evə çatdırılma

Afətdən Sami Yusifin ifasına sərt reaksiya – “Hesabıma 1000 manat köçürülməlidir” - Video

Şou

10 Sentyabr 2019 12:39 1221


Azərbaycanda Nəsimi ili ilə əlaqədar Amerikada yaşayan əslən cənubi azərbaycanlı müğənni Sami Yusif İmadədin Nəsiminin "Sığmazam" əsərini ifa edib.

“Yeni Sabah” xəbər verir ki, bu əsəri ilk dəfə oxuyub tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı S. Yusifin ifasına münasibət bildirib. O  bildirib ki, bu qəzəli ilk olaraq o ifa edib və milyonların sevimlisinə çevrilib:

"Məndən sonra kim oxusa, yenə də mənim uğurumdu. Çünki qəzəl məndən sonra yadlarına düşdü. Mən, Nəsiminin adına bazar adı verməmişəm ki, mənim bu məsələdə fikrim önəmli olsun. O türkə və onun reklamına qoyulan pulun 10 faizini xəstə uşaqların müalicəsinə və yaxud öz müğənnilərimizə qoysanız, pis olmazdı. Amma, nə etsəniz də, xeyri yoxdur. Rekord məndədir. Tək başıma, heç bir maliyyə dəstəyi olmadan, cəmi 200 manat pul xərcləməklə xalqa qəzəli tanıtmışam. 5 aya 11 milyon baxış sayı toplamışam. Kim populyar olmaq istəyirsə, bu qəzəli oxusun və mənə söz atsın". Marqarita pizza

İfaçı məsələ ilə bağlı ona zəng edilməsinə də maraqlı şəkildə münasibət bildirib:

“Saytlardan mənə zəng edilərək deyilir ki, Afət xanım qəzəllə bağlı sualımıza cavab versin. Suallara cavab vermək üçün kart hesabımıza 1000 manat  köçürtmək lazımdır. Ondan sonra şəxsən cavab verəcəyəm”.

Qeyd edək ki, Sami Yusifin bu gün təqdim etdiyi klipə qısa zaman ərzində rekord sayda baxış olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!