Ağ Ev Azərbaycanı Çindən gələn mallara görə hədəfə aldı?

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev Azərbaycanı Çindən gələn mallara görə hədəfə aldı?

Siyasət

14 Avqust 2026 14:47 209


“Ağ ev özünün "Böyük Yükdaşıma Fırıldağı" adlı yeni hesabatında deyir ki, Avropa İttifaqı üstəgəl Azərbaycan da daxil olmaqla 40 digər ölkə Çin mallarının Birləşmiş Ştatlara başqa istehsalçı adı ilə ixracatında iştirak edərək ABŞ iqtisadiyyatına ildə on milyardlarla dollar zərər vurur. Başqa dövlətlər Çin mallarına əsasən xırda əlavələr edib onları öz ölkəsinin malı kimi Amerikaya satsa da, Azərbaycanın, Gürcüstanın və bir sıra digər ölkənin bu işdə rolu ancaq nəqliyyat dəstəyi kimi təsvir olunur”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sabiq sədri İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycan hesabatın ən kiçik əhəmiyyətli adlandırdığı üçüncü qrup ölkələr siyahısındadır:

 “Belə başa düşmək olar ki, Trump administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır. Guya tranzit olmayanda, hər hansı mallar Azərbaycana girəndə və ya çıxanda, bizdə vətəndaşlar bu işə baxanlara ayrılmış roldan lap elə razıdır ki, Trump da okeanın o tərəfində razı qalsın. Sezar pizza

Onu da deyim ki, bu cür xəbərlər Azərbaycanın əsl müxalifət mətbuatında daim insanları aldatmaq, onlarda əsası olmayan gözləntilər yaratmaq üçün istifadə olunur. Necə ki, iqtidar mətbuatı, öz növbəsində, Bakı və Vaşinqton arasında hər cari ünsiyyəti "böyük diplomatik qələbə" kimi bayram edir. Çünki bu iqtidar və əsl müxalifət bir bezin iki qırağıdırlar.

İndi əsl müxalif mətbuatındakı başlıqları təsəvvür edirəm: "Ağ Ev Azərbaycan hakimiyyətini qaçaqmalçılığa yardımda ittiham etdi!!!" Gerçəklikdə isə, Azərbaycan hesabatın ən kiçik əhəmiyyətli adlandırdığı üçüncü qrup ölkələr siyahısındadır. Tənqidin başlıca hədəfi Kanada, Avropa İttifaqı və digər böyük öyunçulardır. Amma hər halda, Azərbaycanın adının hesabata salınması, bu mövzuda Bakı və Vaşinqton arasında məsləhətləşmə və əlaqələndirmələrin olacağından xəbər verir.

Qlobal baxsaq, hesabat, Trumpın tarif siyasətinin üzləşdiyi əsas problemdən bir daha xəbər verir. Yenə də məlum olur ki, tarifi qoymaqla deyil – onun icrasına nəzarət, sonra isə "nəzarətə nəzarət", "nəzarətə nəzarətə nəzarət" və s. axırı görünməyən dövlət və dövlətlərarası funksiyalar qurmaq lazım gəlir. Bu şəraitdə Trumpın tarif siyasəti sağlam şəkildə icra oluna biləcək seçimdirmi? Sualın cavabını dünya ticarətindəki gələcək hadisələr göstərər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!