Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı paytaxtın Nəsimi rayonu, Bülbül prospekti, 65C ünvanında, Suraxanı rayonu, Ramana qəsəbəsində, eləcə Quba rayonunun Çiçi kəndinin inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Marqarita pizza
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Telegram kanalımız