Ağacları kəsən şirkətdən məhkəməyə şikayət olundu

saytların hazırlanması

Evə çatdırılma

Ağacları kəsən şirkətdən məhkəməyə şikayət olundu

Sosial

27 Yanvar 2022 14:15 681


Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Xidmət rəsmisi Vaqif Cavadov Yenisabah.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib. 

“Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!