Ağacları kəsənlər cəzasız qalmayacaq: Dövlət qurumu hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ağacları kəsənlər cəzasız qalmayacaq: Dövlət qurumu hərəkətə keçdi

Sosial

27 Yanvar 2022 13:11 529


Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb. 

Yenisabah.az-ın xəbərinə görə, Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək  üçün hazırda Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır”. Sezar pizza

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!